Bugün 7 fevral 2024-cü il Azərbaycan Respublikası Prezident seçkiləri keçirilir. Azərbaycanda habelə ölkədən kənarda 37 ölkədə Azərbaycan Respublikası vətəndaşları Prezident seçkilərində iştirak edirlər. Bugün Sabunçu rayonu, Zabrat qəsəbəsi seçki məntəqələrində Prezident seçkiləri uğurla həyata keçirilməyə davam edir.
Seçkilərdə iştirak edən sakinlər arasında olduqca böyük ruh yüksəkliyinin müşahidə olunması ilə yanaşı, adı çəkilən ərazidəki seçki məntəqələrində məxfilik, tam şəffaflıq qorunur.
Seçicilərin sayının çoxluğuna, seçki zamanı fəallıqlarına və bu səbələ yaranan sıxlığa baxmayaraq seçki məntəqələrində nizam-intizam təmin olunur, vətəndaşların seçki zamanı rahatlıqları üçün bütün bu və digər qaydalara əməl olunur. Sabunçu rayonu, Zabrat qəsəbəsi habelə Sabunçu rayonunun digər qəsəbələrində də vətəndaşların aktivliyi, seçki məntəqələrində qayda-qanunlara əməl olunması müşahidə olunan məqamlardandır.
Səhər saat 08.00-dan etibarən başlayan seçkilər saat 19.00-da sonlanacaq, həmin saata kimi seçicilərinin axını da davam edəcək.