Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yanğın hadisəsi baş verib.
Yanğın Sabunçu rayon, Zabrat qəsəbəsi yol polis idarəsinin qarşısındaki avtomobil aksesuarları mağazasında qeydə alınıb. Yanğın hal-hazırda da davam edir.
Əraziyə FHN-in yanğından mühafizə əməkdaşları cəlb edilib. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınmağa çalışılır.