Azərbaycan İdeyası

"Azərbaycan İdeyası" olaraq İlham Əliyevi dəstəkləyirik - VİDEO

Tarix:30-01-2024, 17:30
Baxış Sayı:5

 

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alaraq, 1985-90-cı illərdə həmin İnstitutunun müəllimi olmuşdur.

İlham Əliyev təhsil həyatını bitirdikdən sonra 1994-2003-cü illərdə Azərbaycan Respublikasında bir sıra sahələrin fəal lideri olmuş. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, Yeni Azərbaycan Partiyası sədrinin müavini, sonra sədrin birinci müavini, nəhayət 2005-ci ildə isə partiyanın sədri vəzifələrini icra etmişdir.

2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunmuş, bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilişdir.

İlham Əliyevin liderlik etdiyi sahələr təkcə bunlarla sərhədlənmir ilk dəfə 2003-cü il oktyabrın 15-də seçicilərin 76 faizindən çoxunun səsini toplayaraq İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilir. Onun dövlət başçısı olduğu dövrlərdə Azərbaycan yeni inkişaf mərhələsinə böyük addımlar atmış və bir çox illər ərzində inkişaf pillələrini qət etmiş və etməkdədir.

Dövlət başçımızın liderliyi ilə Azərbaycanın dünya miqyasında çıxışları daha qətiyyətli bir hal almış və qısa müddətdə abadlaşan ölkəyə çevrilmişdir.

O növbəti Prezident seçkilərində seçicilərin 2008-ci il oktyabrın 15-də 88,73 faiz, 2013-cü il oktyabrın 9-da 84,54 faiz, 2018-ci il aprelin 11-də 86,02 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.

Müzəffər Ali Baş Komandan Qalib Sərkərdə Azərbaycan xalqının ötən illər ərzində yaşadığı əzab-izdirablara son qoymuş zəfər yolumuzu "Aprel Döyüşləri" ilə açmış və davamı böyük Qarabağ Zəfəri, Lokal xarakterli anti-terror əməliyyatları ilə nəticələnmişdir. 30 ilin həsrəti qalib sərkərdə, qətiyyətli siyasətçi, mahir diplomat, adil dövlət başçısı və daim xalqını düşünən liderimiz sayəsində sona çatmışdır.

Prezident seçkilərinə qısa müddət qalmış bu günlərdə 7 fevral tarixində Azərbaycanın taleyinin həll olunmasına günlər sayırıq. Bir çox dilləri-azərbaycan, rus, fransız, ingilis, türk-dillərini bilən, siyasi, iqtisadi, innovativ və bir çox sahələrdə böyük addımlar atmağımızın başlıca lideri olan dövlət başçımızın Azərbaycanın taleyi olmasını könüldən istəyir və inanırıq.

Azərbaycan İdeyası olaraq İlham Əliyevin prezident olmasını dəstəkləyirik.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO