Bir son dəqiqə xəbərini nəzərinizə çatdırıram. Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında "Salamnews" informasiya agentliyi və "İnter.az" da var.
Keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində ümumilikdə 7 nəfər saxlanılıb.
Nəzərinizə çatdıraq ki, "İnter.az" telekanalı 2002-ci ildə yaradılıb, və 2007-ci ildə Rusiya Federal vergi xidməti rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Əvvəllər baş ofisi Moskvada olan kanalın təsisçisi tanınmış jurnalist Saleh Xudiyev olub, daha sonra isə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış Hacı Mətləb kimi tanınan Mətləb Bağırov alıb. Hazırda kanalın baş ofisi Türkiyədədir. Kanalın sahibi Mətləb Bağırov əslən Cəlilabad rayonundandır, hətta onun İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir.
"Salamnews" informasiya agentliyi isə fəaliyyətə 2010-cu ildə başlayıb, informasiya agentliyinin təsisçisi "İnter.az" telekanalının sahibi Hacı Mətləb Bağırovdur. Agentliyin Bakı ofisi "İnter.az" telekanalının Bakı nümayəndəliyi ilə eyni ünvandadır. Yasamal rayonu ərazisində yerləşir.