Cəlilabadda qətl hadisəsi baş verib. Hadisə şəhərin mərkəzində Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Cəlilabad rayon sakini 46 yaşlı Mirxaqani Əhmədov dərman almaq üçün apteklərdən birinə yaxınlaşıb. Dərmanı alıb çıxdıqdan bir müddət sonra aptekdəki əczaçı çöldən səslər eşidib və çölə çıxıb. Mirxaqani Əhmədovu avtomobildə, oturaqlı vəziyyətdə, ürək nahiyəsindən bıçaqlanmış şəkildə görən əczaçı onu cəlilabad rayon mərkəzi xəstəxanasına aparsa da Mirxaqani Əhmədovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra bəzi təfərrüartlar ortaya çıxıb. İddialara görə, qətl hadisəsi qisas almaq zəmnində baş verib. Qeyd olunur ki, Mirxaqani Əhmədov 6 il məhkumluq həyatı yaşayıb və yeni azadlığa çıxıb. Mirxaqani Əhmədov məhkum olmazdan əvvəl rayon sakini Məşədi Elçini döyərək onun saxlamlığına ciddi zərər yetirib. Mirxaqani Əhmədovu məhz həmin şəxsin oğlu qətlə yetirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.