Beşiktaş Klubundan verilən açıqlamada "Olağanüstü Seçimli Genel Kurul"un 10 dekabr, bazar günü keçiriləcəyi bildirilib.
Qara-ağlı klubun açıqlamasında:
"İdarə Heyətimiz bu gün keçirdiyi iclasında "Olağan İdari ve Mali Genel Kurul" və "Olağanüstü Seçimli Genel Kurul" iclaslarının tarixlərini müəyyən etdi. Buna uyğun olaraq Klubumuzun "Olağan İdari ve Mali Genel Kurul" iclası 26 noyabr bazar günü keçiriləcək. Noyabrın 26-da bazar günü səs çoxluğu əldə olunmasa, ikinci və sonuncu iclas çoxluqdan asılı olmayaraq dekabrın 3-ü bazar günü keçiriləcək.
Klubumuzun "Olağanüstü Seçimli Genel Kurul" iclası bazar günü, dekabrın 10-da keçiriləcək. Dekabrın 10-u, bazar günü səs çoxluğu əldə olunmasa, çoxluqdan asılı olmayaraq, ikinci və sonuncu iclas dekabrın 17-də bazar günü keçiriləcək”-ifadələri istifadə olunub.
KLUBUN BAŞ MƏŞQÇİLİYİNƏ NAMİZƏD OLAN HƏSƏN ARATIN AÇIQLAMASI:
Daha əvvəl “Beşiktaş”ın baş məşqçliyinə namizəd olacağını açıqlayan Həsən Arat “ağ-qaralar”ın seçki tarixini açıqlamasından sonra sosial media hesabından bu açıqlamaları verib:
"Əziz Beşiktaşlı azarkeşlər, bu seçki sıradan deyil, fövqəladə seçkidir. Əhəmiyyətli olan həyatdır, həyat isə Beşiktaşdır!-deyənlərin seçkisidir.
"Beşiktaş azarkeşlərinə daha əvvəl dediyimiz kimi, biz hazırıq. Tutduğumuz yol indi bütün Beşiktaş azarkeşlərinin yoludur.”
Qeyd edək ki, Beşiktaşda namizədlik üçün adı çəkilənlər arasında Tevfik Yamantürk və Emre Kocadağ da var.