Azərbaycan İdeyası

Bələdiyyə sədri, bələdiyyənin digər üzvlərinin yerinə imza edərək, qanunsuz əməllər törətdi - VİDEO

Tarix:12-01-2024, 15:30
Baxış Sayı:6

 

Daşkəsən rayonu Əhmədli kənd bələdiyyəsinin sədrinə cinayət işi açılıb.


“Azərbaycan İdeyası” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, bələdiyyə sədri Sərvaz Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. 


Sərvaz Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan Əhmədli bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verərək dələduzluq yolu ilə vətəndaşa məxsus pul vəsaitini əla keçirməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.



[media=https://vt.tiktok.com/ZSNKrvRRv/]


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO