Abşeronda ailə münaqişəsi qətlə bitib.
Hadisə yanvarın 18-i günorta saat 15 radələrində, Saray qəsəbəsində baş verib. Aparılan araşdırmalar zamanı 35 yaşlı Ələkbərov Elvin Seyid Pirəli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi məlumatı polisə daxil olub. Araşdırmalar zamanı, hadisəni törətməkdə şüphəli şəxs 49 yaşlı qəsəbə sakini Tahir Tahirovun kürəkəni Elvin Ələkbərovu qəsdən öldürməsinə əsaslı şüphələr müəyyən edilib.
İddialara görə, Elvin Ələkbərov əlində bıçaqla qayınatasının evinə gəlib və onu bıçaqlamaq istəyib. Qayınatası isə həmin bıçağı alaraq Elvin Ələkbərovu qətlə yetirib. O elə hadisə yerindəcə dünyasını dəyişib.
Mərhumun qonşusunun sözlərinə görə Elvin Ələkbərov 3 ildir evliymiş, bu müddət ərzində ailədə söz-söhbət olmayıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Hadisə ilə əlaqədar könüllü olaraq təslim olan qayınata şüphəli şəxs qismində saxlanılıb. Hazırda ibtidai istintaq davam etdirilir.