Azərbaycan İdeyası

SUMQAYITDA SƏHƏR SAATLARINDA 2 NƏFƏRİN ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNƏN QƏTL HADİSƏSİ BAŞ VERİB-VİDEO

Tarix:28-10-2023, 17:00
Baxış Sayı:7

 

Sumqayıt şəhəri, 16-cı mikrorayon, Corat bağlarında fərdi yaşayış evlərinin birində 2 nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib. 

Silahlı şəxs səhər saat 6 radələrində 2 mərtəbəli fərdi yaşayış evinin qarşısına gəlib. Evin əsas qapısından həyətə daxil olaraq, qarşısına çıxan 38 yaşlı Suzana Karakaşı elə ilk olaraq qətlə yetirib. Daha sonra səsə 2-ci mərtəbədə yaşayan Suzana Karakaşın atası 73 yaşlı Dağbəy Fərəcov həyətə düşüb və silahlı şəxs növbəti atəşi Dağbəy Fərəcova açıb o da hadisə yerindəcə dünyasını dəyişib.

Bu atəş səslərinə qonşuluqda yaşayan şəxslər gəlib. Onlardan ərazidə xidmət göstərən sahə müvəkkili Etibar Sarıyev və onun atası Mehman Sarıyev də atəş zərbələrindən yaralanıblar.

Diqqətinizə çatdıraq ki, hadisə baş verən zaman ailənin digər üzvləri də evdə olublar. Onlardan Suzana Karakaşın həyat yoldaşı Serkan Karakaş və Dağbəy Fərəcovun həyat yoldaşı Tərlan Fərəcova da silah atəşləri ilə yaralanıblar. Suzana Karakaş və Serkan Karakaşın qızları Yağmur Karakaş və Cansu Karakaş hücum zamanı zərər çəkməyiblər. 4 nəfər yaralı olan şəxslərin vəziyyəti ilə bağlı Sumqayıt Tibb Mərkəzindən məlumat verilib. Verilən məlumata əsasən, Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Serkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir. 1963-cü il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev əməliyyat olunub, reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri kafi qiymətləndirilir. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

Sumqayıt Şəhər Prokurorluğuna daxil olan məlumata görə, hazırda polis əməkdaşları tərəfindən kriminalistika və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyidlərə baxış keçirilir. Eyni zamanda digər zərurətlər də həyata keçirilir. İş üzrə əməliyyat kəsbedən sübutlar götürülüb.

Hadisəni törədən şəxs və ya şəxslərin kimliyi olduğu bəlli olmadığı kimi , hadisəni törədərkən istifadə edilən silahın Winchester markalı ov tüfəngi olduğu ortaya çıxıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs və ya şəxslərlə bağlı araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO