Azərbaycan İdeyası

Çirkab sular və tullantılar sakinlərin yaşadığı əraziyə atılıb - VİDEO

Tarix:5-05-2024, 17:30
Baxış Sayı:3

 

Balaxanı Yeni Yaşayış Massivində ekoloji terror - Çirkab sular və tullantılar sakinlərin yaşadığı əraziyə atılıb


Bu barədə "Azərbaycan İdeyası"-na Zabrat və Balaxanı qəsəbəsi sakinləri tərəfindən çox saylı şikayət ünvanlanıb. Şikayətdə bildirilir ki, bir neçə gün əvvəl əraziyə gələn "Çirkab Su" çəni daşıyan 77-CX-864 dövlət qeydiyyat nişanlı yük maşını ərazinin kanalizasiya sistemində olan, habelə çirkab suları, bu və bu kateqoriyadan olan digər tullantılar yaşayış məntəqələrinin yaxınlığına, evlərin yanına atıb. 


Bu tullantılar səbəbi ilə ərazidə yaranan anti-sanitar vəziyyət özü özlüyündə insanların sağlamlığına ciddi mənfi təsir göstərərək, müxtəlif ciddi xəstəliklərə və düzəlməz fəsadlara yol açır. Sakinlər arasında yayılmağa başlayan, hər birində eyni simptomlarla özünü büruzə verən narahatlıq və xəstəliklərin mənbəyi heç şüphəsiz açıq bir şəkildə yaşayış məntəqələrinin olduğu əraziyə atılan bu tullantılardır. 


Bütün bunlarla bağlı ərazi sakinləri ayağa qalxaraq, ciddi etirazlar, müxtəlif qarşıdurmalar nümayiş etdirirlər.


Ətrafa yayılan üfunət qoxusu müxtəlif xəstəliklərin xəbərçisi olduğu kimi, artıq dözülməz dəhşətli vəziyyətə çatmış və nəinki bu ərazidə yaşamağı, ərazinin ətrafından keçməyi belə mümkünsüz hala gətirmişdir.


Bu məsələ bağlı sakinlər Sabunçu RİH-ə, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinə də rəsmi qaydada müraciətlərini ünvanlayıblar. 


Ölkəmizdə "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan olunduğu halda vəzifəsini doğru-düzgün yerinə yetirməyən şəxslərin etdiklərinə aidiyyatı qurumlar tərəfindən ciddi baxış keçirilməsini, əhalinin sağlamlıq və təhlükəsizliyi naminə tədbirlər görülməsini, əməli törədən şəxsin bugün Sabunçu RİH-in Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən saxlanılıb 15-ci polis bölməsinə təhvilindən sonra başlanan araşdırmalarla layiqi olan cəzasını almasını xahiş edirik.



OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO