Azərbaycan İdeyası

"XƏSTƏLİK ARTIR. TƏCHİZAT GETDİKCƏ AZALIR. İNSANLAR ÖLÜR."

Tarix:20-10-2023, 16:30
Baxış Sayı:0

İsrail Qəzza ilə keçidlərini bağladıqdan sonra Misir və Qəzza arasındakı Rəfah keçidi Fələstinə kömək göndərmək üçün yeganə əlverişli yol olub.

 İsrail Qəzza ilə keçidlərini bağladıqdan sonra Misir və Qəzza arasındakı Rəfah keçidi Fələstinlilərə yardım almaq üçün yeganə əlverişli yol olub. 


Cümə günü Sinay İnsan Haqları Fondu tərəfindən yayımlanan videoda Rəfah keçidində "Misir və Fələstin tərəfləri arasında aparılan təmir işləri və yolun asfaltlanması" əks olunub. Bu barədə CNN-ə keçiddəki bir neçə sürücü məlumat verib. 


Eyni zamanda yardımlarla bağlı olaraq "Əvvəllər Qəzzaya yardım proqramında olduğu kimi, biz gündə 100-ə qədər yük maşını hazırlamalıyıq,” Birləşmiş Millətlər Təşkilatının yardım rəhbəri Martin Qriffits CNN'in müxbiri Kristian Amanpura verdiyi müsahibədə deyib. 

 

Qriffits, "Hər gün geniş ölçüdə, təkrar edə bilən və təhlükəsiz bir şəkildə keçid edəcəyimizə dair təminata sahib ola bilməliyik",- deyə fikirlərini tamamlayıb. 


Lakin Bayden və Misir rəsmiləri yardımın cümə günü planlaşdırıldığı kimi davam edəcəyini bildirsələr də, bir çox mənbə CNN-ə bunun təxirə salına biləcəyini söylədi. Bunlara baxmayaraq ABŞ rəsmisi vəziyyətin dəyişməz olaraq qaldığına dair xəbərdarlıq etdi. 


Qeyd edək ki, Quterreş BMT-nin Qəzzaya yardım səyləri çərçivəsində cümə günü Sinayın şimalına gedib."Təxminən iki həftədir ki, Qəzza əhalisi yanacaq, qida, su, dərman və digər zəruri əşyalar daşımır. Xəstəlik yayılır. Təchizat getdikcə azalır. İnsanlar ölür", - bunları Misirin xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında Quttereş deyib.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO