Azərbaycan İdeyası

PREZİDENT İLHAM ƏLİYEV XORVATİYANIN BAŞ NAZİRİ ANDREY PLENKOVİÇ İLƏ GÖRÜŞDÜ - VİDEO

Tarix:6-11-2023, 21:00
Baxış Sayı:1

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 

Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü olub.

Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin nahar əsnasında geniş tərkibdə görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, energetika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Hökumətlərarası komissiyanın iclasının tezliklə keçirilməsinin və bu çərçivədə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.

Xorvatiyanın minalardan əziyyət çəkən ölkə olaraq Azərbaycana bu sahədə dəstək vermək niyəti müsbət qarşılandı. Minaların təmizlənməsi prosesində təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyi qeyd edildi. Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin, Xorvatiya Avropa İttifaqına və NATO-ya üzv olan ölkə olaraq Azərbaycanın bu təsisatlarla əməkdaşlığını daim dəstəklədiyi vurğuladı.


OXŞAR XƏBƏRLƏR
Anons 📢
Anons 📢
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər