Azərbaycanın Fransadaki səfiri Leyla Abdullayeva Paris Sülh formu çərçivəsində keçirilən panel müzakirəsində ölkəmizə qarşı təxribatçı bəyanatlara səssiz qalmayıb. O Ermənistanın baş naziri Nikol Paşinyana və Azərbaycan ilə bağlı qərəzli suallar ünvanlayan moderatora cavab verib. O bildirib ki, Fransada Azərbaycanın Ermənistana qarşı qondarma təhlükə ilə bağlı qorxuları tamamilə əsassızdır.
Leyla Abdullayeva xatırladıb ki, Qranada görüşündən 1 gün öncə Fransanın xarici işlər naziri Ermənistana səfər edib. Və Ermənistana silahların göndərilməsi ilə bağlı qərarı bəyan etdi.
"Fransanın Ermənistanı silahlandırmaq və ölkədəki revanşist fiziologiyanı dəstəkləmək qərarı həqiqətən də regionda sülh və normallaşmaya xidmət etməyən məqsədli mi idi? Digər tərəfdən isə Fransa vasitəçi kimi iştirak etmək niyətindəydi. Beləliklə, aşkar şəkildə bir ölkənin tərəfini tutan və onu silahlandıran ölkə daha sonra deyir ki, mən vasitəçiyəm. Digər tərəfdən isə liderlər Türkiyə prezidentinin iştirakından imtina etdilər."
Leyla Abdullayevanın çıxışı zaldaki digər iştirakçıların alqışları ilə qarşılanıb. Ancaq Nikol Paşinyan Leyla Abdullayevanın dediklərini görməzdən gələrək başqa bir mövzu açaraq danışmağa başlayıb.