"Səmimi desək mən hal-hazırda məntiqi nöqteyi-nəzərdən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmürəm.
Biz bəyan edirik ki, bunu imzalamalıyıq və onlar da bəyan edirlər ki, bu saziş imzalanmalıdır. Lakin, biz buna nail olmalıyıq. Bizim təklifimiz ictimaiyyətə açıqlandı. Bəhs etdiyim həmin 5 məşhur prinsipi biz ictimaiyyətə açıqladıq. Bunlar bəllidir. İstənilən mühüm beynəlxalq tərəfindən də etiraz yoxdur. Çünki bütün həmin prinsiplər beynəlxalq hüququn fundamental prinsipləridir. Ermənistan sadəcə onlara əməl etməlidir.
Onlar ərazi bütövlüyümüzü sual altında qoymaq və ərazimizdə seperatçılığa rəvac vermək kimi bütün cəhdlərinə son qoymalıdırlar. Çünki Qarabağ Azərbaycanın bir hissəsidir və bu, hamı, o cümlədən Ermənistanın özü tərəfindən etiraf edilir."