Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır.
"Azərbaycan İdeyası" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:
“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısının alınması məqsədilə 30 yanvar 2021-ci il tarixində Azərbaycanın Ağdam rayonunda təşkil edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin başa vurulması istiqamətində görülən işlər Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam edir”.