"Mahaçqala havalimanındaki iğtişaşlar Kiyev ərazisindən idarə olunub." Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Melikov mətbuata açıqlamasında bunları deyib. O qeyd edib ki, "Bu aksiyanın təşəbbüskarları, əlbəttə, bizim düşmənlərimizdir. Yəni, Ukrayna."
Melikovun sözlərinə görə, Dağıstanda sabitliyi pozmaq cəhdləri daxildən qaynaqlanmır. Dağıstan rəhbəri onu da qeyd edib ki, dünənki aksiya bu gün xüsusi hərbi əməliyyat zonasında ölkəmizi müdafiə edən hərbçilərimizin kürəyinə sancılan bıçaq oldu.
Xatırladaq ki, bazar günü axşam Tel-Əvivdən gələn təyyarə Mahaçqala hava limanına enərkən, ərazidə etiraz aksiyası keçirilib. Yüzlərlə etirazçı Fələstin-İsrail münaqişəsinə reaksiya bildirib.
Hətta etirazçıların bəziləri Tel-Əviv-Mahaçqala reysi ilə gələn sərnişinləri araşdırmaq üçün hava limanının beynəlxalq terminalına da daxil olublar.