Mahaçqala hava limanının oktyabrın 31-i gecə saatlarında fəaliyyətini bərpa edəcəyi gözlənilir. Bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) öz teleqram kanalında paylaşıb.
Vurğulanır ki, hava limanının ərazisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən diqqətlə yoxlanıldıqdan sonra aeroport fəaliyyətini bərpa edə biləcək.
Xatırladaq ki, Rusiya Federasiyasının Dağıstan şəhərinin Mahaçqala hava limanında İsraildən gələn təyyarəyə görə qarışıqlıq yaranmışdı. Yüzlərlə insan əllərində Fələstin bayraqları ilə hava limanına hücum edib, təhlükəsizlik qüvvələri ilə də münaqişə edərək hava limanında xaos yaratmışdı.
Eyni zamanda, nəhəng izdihamlı qrup hava limanının şüşə qapılarını sındırmış, qrupdan bəzi şəxslər də beynəlxalq terminala daxil olmuşdu.
- - - - -
“Rosaviasiya”-nın məlumatına görə, Mahaçqala hava limanı öz fəaliyyətini bərpa edib.
Moskva vaxtı ilə 14:00-dan etibarən aeroport reysləri qəbul etməyə və yola salmağa başlayıb.
“Azimut” və “Red Wings” aviaşirkətlərinin Təl-Əvivdən Mineralnıe Vodı və Mahaçqala şəhərlərinə nəzərdə tutulan reysləri müvəqqəti olaraq Rusiyanın digər şəhərlərinə yönləndiriləcək”, - deyə məlumatda qeyd olunub.