Azərbaycan İdeyası

İSRAİL TƏYYARƏSİNİN ENDİYİ HAVA LİMANINA BASQIN ETDİLƏR

Tarix:30-10-2023, 11:00
Baxış Sayı:2

 

Rusiyaya bağlı Dağıstan şəhərinin Mahaçqala hava limanında İsraildən gələn təyyarəyə görə qarışıqlıq yaranıb. Yüzlərlə insan əllərində Fələstin bayraqları ilə hava limanına hücum edib. 60 nəfərin saxlanıldığı açıqlanıb. 


İsrailin paytaxtı Təl-Əvivdən Rusiyanın Dağıstan Respublikasına gələn təyyarə səbəbi ilə yüzlərlə insan hava limanına basqın edib. Baş verrən hadisələrə görə hava limanı uçuşları təxirə salınıb. Eyni zamanda qrupdan 150 nəfərin şəxsiyyətinin müəyyən edildiyi, 60 nəfərin saxlanıldığı açıqlanıb.

"Reuters" Rusiya xəbər agentliyinin RİA-ya istinadən verdiyi xəbərə görə, İsraildən gələn təyyarənin eniş etdiyi hava limanına basqın edən qrupla polis arasında baş verən münaqişədə 9 polis əməkdaşı yaralanıb, 2 yaralı polis xəstəxanaya yerləşdirilib. Polisin müdaxiləsindən əvvəl 20 nəfərin yaralandığı bildirilən hadisədən sonra təhlükəsizlik qüvvələri hava limanını bağlayaraq qrupu hava limanından uzaqlaşdırıb. 


Hadisə ilə bağlı "Reuters"-ə danışan təhlükəsizlik qüvvələri İsraildən gələn təyyarədəki sərnişinlərin təhlükəsizliklərinin təmin edildiyini bildirib. Dağıstan administrasiyası bu gün səhər verdiyi açıqlamada bölgədə təhlükəsizlik tədbirlərini artırdıqlarını qeyd edib.


Aeroportdan mətbuata və sosial mediaya əks olunan görüntülərdə əllərində Fələstin bayrağı daşıyan qrupun hava limanının şüşə qapılarını sındıraraq “Allahu Əkbər!” şüarları səsləndirərək hava limanının ətrafına qaçdığı görülüb. Görüntülərdə başqa bir qrupun hava limanında post patrul avtomobilini aşırmağa çalışdığı əks olunub.


Dağıstan prezidenti Sergey Melikov hava limanında baş verən hadisənin "böyük qanun pozuntusu" olduğuna diqqət çəkərək, "Dağıstanlılar ədalətsiz insanların və siyasətçilərin hərəkətlərinin qurbanı olanların ağrısını bölüşür və Fələstində sülh üçün dua edir!" deyib. Melikov Telegram hesabında verdiyi açıqlamada, "Qadağan edilmiş heç bir şey etməyən silahsız insanları izdihamla gözləməyin cəsarətlə heç bir əlaqəsi yoxdur!" deyib.


Hava limanında baş verən insidentdən sonra İsrail Rusiya səlahiyyətlilərinə zəng edərək, öz əraziləri daxilində israilliləri və yəhudiləri müdafiə etmələrini istəyib.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO