Böyük Britaniyanın Birmingem şəhərində keçirilən Dünya Çempionatında Azərbaycan təmsilçisi Tofiq Əliyev batut gimnastikası üzrə tarixi dünya çempionluğunu qazanıb.
18 yaşlı idmançımız tam burulma, üçqat geri çəkilmə və sürətli qaçışı ilə hər kəsi heyrətə salıb. Yarışmadan sonra ingilis mətbuatına açıqlama verən idmançımız əvvəlcədən çempion olacağına inandığını söyləyib.
“Çətin deyildi. Mən çox sakit idim” – deyə Tofiq Əliyev əlavə edib.