Almaniya vətəndaşı Şani Loukun bacısı “Bacımın ölümünü kədərlə elan edirik” deyə açıqlama edib. 22 yaşlı Loukun ölümü ilə bağlı təfərrüatlar paylaşılmayıb.
Oktyabrın 7-də HƏMAS-ın başlatdığı "Əqsa tufanı" əməliyyatı zamanı HƏMAS üzvlərinə aid olduğu deyilən pikap maşınının arxasında yarıçılpaq və hərəkətsiz görünən Almaniya vətəndaşı Şani Loukdan üzücü xəbər gəldi. Ailəsi 22 yaşlı Loukun dünyasını dəyişdiyini açıqlayıb.
Onun bacısı Adi Louk sosial şəbəkədəki paylaşımında "Bacım Şani Nikol Loukun vəfatını təəssüflə elan edirik" dedi. İsrail mətbuatına danışan ata iddiaları təsdiqləsə də, heç bir detal paylaşılmayıb.
Şaninin qohumu Rut, "Dünən İsrail səlahiyyətlilərindən rəsmi bildiriş aldıq. Yazılı məktubda onun sağ olmadığını təsdiqləyən DNT dəlillərinin olduğunu bildirdilər" dedi.