Noyabrın 19-u səhər saatlarında Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Əli Xalıqverdiyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən iki piyadanı vurub. Nəticədə hər 2 piyada dünyasını dəyişib. Hadisə Sabunçu rayonu Balaxanı-Zabrat yolunda qeydə alınıb.
Qəza nəticəsində 1970-ci il təvəllüdlü Nigar Qasımova və 1981-ci il təvəllüdlü Zərifə Niftəliyeva ölüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.