Ağsu aşırımında qəza baş verib.
Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb.
Nəticədə Ağsu rayonunun Cəlayır kəndindən olan 2 şəxs - 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və 2008-ci il təvəllüdlü Xangəldiyev Məsud Əmir oğlu ölüb, sürücü Ağsu rayon Padar kənd sakini 1999-cu il təvəllüdlü Həsənli Həsən Nazim oğlu ağır yaralanıb. Ölənlər ata və oğuldur.
DİN Ağsu aşırımında baş verən yol qəzası barədə məlumat yayıb.
DİN-nin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə noyabrın 6-da səhər saat 09:30 radələrində Ağsu aşırımında qeydə alınıb.