Azərbaycan İdeyası

Azərbaycanda 5.6 maqnitudalı zəlzələ baş verib: Paytaxt Bakıda da hiss olunub

Tarix:7-12-2023, 09:00
Baxış Sayı:2

 

Azərbaycanda 5.6 maqnitudalı zəlzələ baş verib. Zəlzələ paytaxt Bakıda da hiss olunub.


"Azərbaycan İdeyası" xəbər verir ki, zəlzələ paytaxtla yanaşı bir neçə rayonda da hiss olunub.


Təxminən saat 08:16 radələrində baş verən zəlzələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzindən “Azərbaycan İdeyası”-na bildirilib ki, ilkin məlumata əsasən, Azərbaycan ərazisində zəlzələ baş verib.


Yerli vaxtla 08:16-da baş verən zəlzələ 5.6 bal gücündə qeydə alınıb. Zəlzələnin ocağı Xəzər dənizində yerləşib.


Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.


Zəlzələ Bakıda və Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.

Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

- - - - - 

Rəsmi açıqlanan son məlumata görə, zəlzələ Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb.


Yeraltı təkanlar Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO