Azərbaycan Respublikasının Ümumilli Lideri Heydər Əliyev 21 yanvar 1990-cı ildə Azərbaycanın Rusiyadaki səfirliyində mətbuat konfransı zamanı, faciəni törədənləri, onlara arxa duranları tənqid edib.
"1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür."
Sözlərinə daha sonra bu hadisənin vəhşiliyini vurğulayaraq davam edən Heydər Əliyev "Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov. Ittifaqı Kommunist Partiyası və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil."
Sonda, "Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün .",-deyə son sözünü söyləyib.