Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. Ulu öndərin xatirəsi Azərbaycanda, eyni zamanda, xarici ölkələrdə də ehtiramla yad edilir.
İlk dəfə 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
İkinci dəfə 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, Heydər Əlirza oğlu Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
Həmin ilin dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
Daim Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyünün qorunması, dünya miqyasında Azərbaycanın öz sözünü deyə bilməsi üçün çalışan Ulu Öndər bütün bunlarla bərabər xalqın sevimlisi idi.
Bugün isə onun onun vəfatının 20 ilini dərin hüzn və ehtiram hissi ilə yad edirik.
Allah rəhmət eləsin!