Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Görüşdə İsrail və Fələstin arasındakı humanitar böhran müzakirə olunub.
Görüş zamanı iki lider İsrail və Fələstin arasında gərginləşən münaqişənin gedişatını və regionda humanitar böhranı müzakirə ediblər.
Fələstin torpaqlarına qarşı vəhşiliyin dərinləşdiyinə, hər keçən dəqiqə mülki ölümlərin artdığına diqqət çəkən qardaş ölkənin prezidenti Ərdoğan, Qərb dövlətlərinin susqunluğunun Qəzzada humanitar böhranı qaçılmaz həddə çatdırdığını bildirdi.
Ərdoğan Türkiyənin bölgədə əmin-amanlığın təmin olunması üçün bundan sonra da hər cür səy göstərəcəyini vurğuladı.