Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı. O bugün Azərbaycana qaytarılıb. Bu barədə "Azərbaycan İdeyası" xəbər verir ki, onun ilk sözlərindən biri də "Mən bilirdim ki, prezidentimiz məni xilas edəcək" olub.
Qeyd edək ki, Ruslan Pənahov Ermənistan tərəfinin ona təzyiq göstərib, göstərməməsi barədə danışmaq istəmədiyini bildirib.