Azəriqaz istehsalat birliyində növbəti açıq qapı aksiyayı keçirilib.
Qurumun yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib ki, cari ilin sonunadək 150-dək yaşayış məntəqəsi və yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Artıq 110 ərazidə qazlaşdırma işləri başa çatıb və ya başa çatmaq üzrədir.
Teymur Cəfərovun sözlərinə görə 40 məntəqənin qazlaşdırma işlərinin başlanması noyabr ayında gözlənilir. Qazlaşacaq bu kənd və ya yaşayış massivində işlərin tamamlanması isə 2024-cü ilin 1-ci rübündə nəzərdə tutulub.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, 104 çağrı mərkəzinə gələn şikayətlərin əksəriyyəti qazların zəif gəlməsi ilə bağlıdır. Şöbə rəisi, qazın təzyiqi ilə bağlı bütün problemlər yaxın günlərdə həll ediləcəyini qeyd edib.