Azərbaycan İdeyası

MƏNZİL İSTİSMAR İDARƏSİNİN SABİQ RƏİSİ POLKOVNİK MİRZƏYEVİN MƏHKƏMƏSİ DAVAM EDİR -"YADDAŞIM İTİB" -VİDEO

Tarix:20-11-2023, 21:30
Baxış Sayı:12

 

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı həbs edilənlərdən biri - Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevin məhkəməsi davam edir.

Azərbaycan İdeyası “Qafqazinfo”-ya istinadən məlumat verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda şahid qismində Əlövsət Orucov ifadə verib.

Ə.Orucov tikinti və təmir işlərini həyata keçirən iki şirkətin rəhbəri olub. Şahidin dediyinə görə, nazirliyin Mənzil İstismar İdarəsi ilə müxtəlif vaxtlarda müqavilələr bağlayıb.

Nazirliyin əsas şərti isə köçürülən vəsaitin bir hissəsinin “otkat” şəklində geri qaytarılması olub:

“Mən Fikrət Mirzəyevlə danışıq aparmamışam. Bütün danışıqlar Mənzil İstismar idarəsinin əsaslı təmir şöbəsinin rəisi Rəhim Laçınovla olub. Müqavilənin şərtinə uyğun olaraq köçürülən vəsaitin 18 faizi nağdlaşdırılaraq nazirliyə qaytarılırdı”.

Şahid keçirdiyi koronavirus xəstəliyinə görə yaddaşının itdiyini, buna görə işlə bağlı detalları xatırlaya bilmədiyini bildirib:

“Bu işlə bağlı ikin istintaqın ortalarında koronavirusa yoluxdum. Xəstəliyi ağır keçirdim. Yaddaşım itib. Hələ də nə iy hiss edirəm, nə yadımda nə isə qalır”.

Məhkəmə prokurorun vəsatəti ilə şahidin əvvəlki ifadəsini elan edib.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO