Azərbaycan İdeyası

Şəhid anasına "oğlun sağdır və əsirlikdədir" deyib, 4000 manat aldılar - VİDEO

Tarix:1-02-2024, 19:30
Baxış Sayı:10

 

Şəhid anasına və digər şəxslərə qarşı dələduzluqda ittiham edilən Nuranə Orucova və Sabrina Süleymanovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilənlərin vəkili çıxış edərək zərərçəkmişlərə vurulan zərərin tam ödənildiyini deyib və bu barədə qəbzi məhkəməyə təqdim edib. Dəymiş ziyan tam ödənildiyi üçün zərərçəkmişlər təqsirləndirilənlərdən şikayətçi olmadıqlarını deyiblər və barışıq ərizəsi məhkəməyə təqdim edilib.

Daha sonra prokuror Samir Məmmədov çıxış etmək üçün məhkəmədən vaxt istəyib. Məhkəmə iclası fevralın 8-də davam etdiriləcək.

Qeyd edək ki, Xaçmaz rayon sakini Nuranə Orucova həmkəndlisi Sabrina Süleymanova ilə əlbir olaraq müxtəlif şəxsləri məktəbdə işə düzəldəcəyinə dair vədlər verib. Bunun qarşılığında isə onlardan müxtəlif məbləğlərdə pul alıb. Onlar vətəndaşlara qarşı ümumilikdə 20 min manat məbləğində dələduzluq etməkdə təqsirli bilinirlər. Onlar şəhid anasına qarşı da dələduzluqda ittiham olunurlar.

Nuranə Orucova Vətən müharibəsində şəhid olan Əliheydər Hüseynlinin anasına zəng edib özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edərək onu inandırıb ki, oğlu sağdır və əsirlikdədir. Əliheydərin sağ-salamat gələcəyini vəd verməklə şəhid anasından 4000 manat pul alıb. Təqsirləndirilən şəxslər istintaq müddətində vətəndaşlara vurduqları ziyanın 12 min manatını ödəyiblər.



OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO