Azərbaycan İdeyası

"Goranboyda müəllim uşaqları o həddə gətirib ki, uşaqlar artıq öz canlarına qəsd etmək istəyirlər" - VİDEO

Tarix:14-03-2024, 19:30
Baxış Sayı:13

 

"Müəllim uşaqları o həddə gətirib ki, uşaqlar artıq öz canlarına qəsd etmək istəyirlər."


Bu sözlər Goranboy rayon Dəyirmanlı kənd sakini Samir Allahverdiyevə məxsusdur. O, övladlarının oxuduğu Goranboy rayon Ülfət Məhərrəmov adına Dəyirmanlar kənd tam orta məktəbində tarix fənni üzrə dərs keçən Azər Topçuyevin şagirdlərə olan qeyri-etik davranışlarından, onları təhqir etməsindən, təhtid etməsindən, şagirdlərə şiddət tətbiq etməsindən olan narahatlığını "Azərbaycan İdeyası"-na dilə gətirib.


Onun sözlərinə görə, Azər müəllimin dərs keçdiyi günlər şagirdlər dərsə getmək istəmirlər. Samir Allahverdiyevin qızı sözügedən məktəbin 9-cu sinifində, oğlu da 11-ci sinifində təhsil alır. Qızının oxuduğu sinifdə ümumilikdə 7 nəfər olmasına baxmayaraq, 10-cu sinifə keçmək istəyən tək bir şagird belə yoxdur. Səbəbi isə Azər müəllimdir, oğluna isə adıçəkilən müəllim dəfələrlə şiddət tətbiq edib. Hətta o deyir ki, "məhz Azər müəllimin bu davranışlarından şagirdlər arasında öz canına qəsd etmək istəyənlər də var."


Bununla bağlı Goranboy rayon prokurorluğuna, Goranboy rayon polis şöbəsinə şikayət etməsinə baxmayaraq iş üzrə tədbir görülməyib. Azər Topçuyev Samir Allahverdiyevin övladına "Sənin atan mənə nə edə bilər? Ona təzminat ödətdirəcəm, Baş Prokurorluqda adamım var, mənə heç nə edə bilməzsiniz" deyə təhtidlər edir. Samir Allahverdiyev həm də qeyd edir ki, dəfələrlə Təhsil Nazirliyində olub, oradan Gəncə şəhərinə yönləndirilib, iş üzrə təyin edilən şəxslər isə məktəbə gəldiklərində müəllimlə son dərəcə səmimi davranıb, heç bir şey etmədən gediblər. 


Hal hazırda bu iş üzrə müstəntiq Həziyev Orxan işin məhkəməyə göndəriləcəyini deyən Samir Allahverdiyev ona bu mövzuda kömək göstərilməsini istəyir. 


O, Azərbaycan Prezidenti İlham Əliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov, Elm və Təhsil Naziri Emin Əmrullayev və Baş Prokuror Kamran Əliyevdən ona köməklik göstərilməsini, lazım gələrsə Bakı şəhərindən məktəbə aidiyyatı üzrə şəxslərin göndərilməsini xahiş edir.


[media=https://vt.tiktok.com/ZSF5b4F8m/]


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO