Dünən paylaşdığımız Goranboy rayon Dəyirmanlar kənd sakini Samir Allahverdiyevin şikayəti əsaslı xəbər üzrə dəhşətə gətirən daha bir neçə yeni fakt ortaya çıxıb.
Belə ki, Samir Allahverdiyevin bacısı, Sahibə Abdullayeva evə gedərkən yolda Azər Topçuyev ilə qarşılaşıb. Məhz, bu məqamda 1 situasiyanı daha nəzərinizə çatdıraq ki, Azər Topçuyevin tarix üzrə fəlsəfə doktoru olduğu məlum olub.
Sahibə Abdullayeva Azər Topçuyevdən "qardaşının oğlunu niyə döydüyünü" soruşduqda Azər Topçuyev bu barədə ona cavab verməyib, üstəlik Sahibə Abdullayevaya da əl qaldırıb.
Həmçinin, Sahibə bildirir ki, adı çəkilən şəxs onların qonşusudur.
Hal hazırda ekranda gördüyünüz kimi, Azər Topçuyev dərs vaxtı telefonla məşğul olaraq, şagirdlərə doğru-düzgün dərs belə keçmir.
Paylaşdığımız xəbərdən sonra bizə çoxsaylı şikayətlər ünvanlayan Goranboy rayon Ülfət Məhərrəmov adına Dəyirmanlar kənd məktəbinin digər şagirdlərinin valideynləri, habelə müəllim tərəfindən şiddətə məruz qalan Rəhman Allahverdiyevin bibisi Sahibə Allahverdiyeva, atası Samir Allahverdiyev artıq Azər Topçuyevin bu əməllərindən təngə gəldiklərini, bu özbaşnalıq və etikadan kənar davranışların sona çatmasını istədiklərini dilə gətirirlər.
Onlar bu məsələyə aidiyyatı qurumlar üzrə ciddi baxış keçirilməsini, bu mövzuda Azərbaycan Prezidenti İlham Əliyevin, Daxili İşlər Naziri Vilayət Eyvazovun, Elm və Təhsil Naziri Emin Əmrullayevin və Baş Prokuror Kamran Əliyevin onlara köməklik göstərməklərini xahiş edirlər.
Həmçinin nəzərinizə çatdıraq, bu məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.