Xəbər verdiyimiz kimi, respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev Goradildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açaraq həyatına son qoyub.
Hadisəyə səbəb kimi ailə münasibətlərinin gərgin olması bildirilsə də, mərhumun iş yoldaşı bu məlumatı təkzib edib:
“Ailə məsələsi deyil, düz demirlər. Xidməti işlə bağlı olduğunu bildiriblər. Deyəsən, təzə rəhbərlik xətrinə dəyib”.