Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.
"Azərbaycan İdeyası" xəbər verir ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.
1951-ci il təvəllüdlü Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyib.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.