Azərbaycan İdeyası

Siyəzəndə DƏHŞƏT: Qardaş bacısını öldürdü - YENİLƏNİB + VİDEO

Tarix:25-08-2024, 08:20
Baxış Sayı:9

 

Avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


"Aİ" xəbər verir ki, bu barədə Siyəzən rayon prokurorluğu məlumat yayıb.


Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Səfər Mustafazadə iş üzrə şübhəli şəxs qismində tutulub.


İbtidai istintaq davam edir.


***

23:23


Avqustun 24-də saat 22:30 radələrində Siyəzən rayonunda 28 yaşlı Mustafazadə Şəbnəm Ənvər qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.


DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 21 yaşlı Səfər Mustafazadə saxlanılıb.


Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Anons 📢
Anons 📢
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər