Türkiyənin Kayseri şəhəri, Melikqazi rayonu, Gökkent məhəlləsi, Nalçık Bulvarında dünən saat 23.30 radələrində 1 qadının həyatını itirməsi ilə nəticələnən qəza baş verib.
Məlumatlara əsasən, adı tam olaraq bildirilməyən R.Ö. adlı sürücünün idarə etdiyi avtomobil eyni istiqamətdə hərəkət edən, K.Ö. adlı sürücünün idarəsində olan kartofla dolu TIR-a arxadan çırpılıb. Qəza baş verdikdəm dərhal sonra yaxınlıqda olan şəxslərin polis və təcili tibbi yardımı əraziyə sövq etdikləri bildirilib. Briqadanın üzvləri, avtomobildə olan Buket Kayanın öldüyünü müəyyən ediblər.
Yaralanan avtomobilin sürücüsü R.Ö. ilə M.T. Kayseri Şəhər Xəstəxanasına aparılarkən, TIR-ın sürücüsü K.Ö. nəzarətə götürülüb və qəza ilə bağlı araşdırmalara başlanılıb.
Digər tərəfdən həyatını itirən Buket Kayanın Wushu Kung Fu üzrə Avropa Çempionu milli idmançı olduğu ortaya çıxıb. Buket Kayanın 2019-cu ildə Rusiyanın paytaxtı Moskvada keçirilən Wushu Kung Fu üzrə 5-ci Avropa Çempionatında qızıl medal qazandığı, keçən ilin oktyabrında isə Balkan çempionu olduğu öyrənilib.
Buket Kayanın Kick Boks üzrə Türkiyə çempionluqları olduqları da bildirilib.
Kayanın cənazəsinin Talas rayonunda torpağa veriləcəyi bildirilib. Yaralıların müalicəsinin davam etdiyi öyrənilib.