İsrail-Həmas qarşıdurması 25-ci günündə şiddətlənərək davam edərkən, İsrail ordusu Qəzzanın şimalında yerləşən Cibaliyə Qaçqınlar Düşərgəsinə hava zərbəsi endirib. Qəzzada Səhiyyə Nazirliyi ilkin hesablamalara görə, ölənlərin sayının 100 nəfəri aşdığını açıqlayıb.
İsrailin Qəzzaya hücumları oktyabrın 7-dən intensivləşməyə davam edir. Qəzza Səhiyyə Nazirliyi İsrail ordusunun Cibaliyə Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda ilkin olaraq aşkar edilən ölü sayının 100 nəfər olduğunu açıqlayıb.
Nazirliyin Teleqram hesabından verilən açıqlamada İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Cibaliyə Qaçqınlar Düşərgəsini hədəf aldığı bildirilib.
Açıqlamada, ilkin təsbitlərə görə 100 nəfərdən çox insanın həyatını itirdiyi, 150 nəfərin yaralandığı və düşərgədəki mülki yaşayış məntəqələrindən biri olan "6 məhəllə" məhəlləsinin tamamilə dağıdıldığı qeyd edilib.
Ölən və yaralananların İndoneziya xəstəxanasına aparıldığı qeyd olunub.
Qəzza Daxili İşlər Nazirliyindən verilən açıqlamada itkilərin Baptist Xəstəxanasındakı qətliamdan daha ağır ola biləcəyi açıqlanıb. Daxili İşlər Nazirliyinin sözcüsü mətbuat konfransında bildirib ki, İsrail döyüş təyyarələri Cibaliyə qaçqın düşərgəsindəki bütün yaşayış məntəqəsini 6 hava bombası ilə yerlə yeksan edib.
Eləcə də Qəzza DİN-in məlumatına görə, İsrail qaçqın düşərgəsini hər birinin çəkisi bir ton partlayıcı olan 6 top mərmisi ilə bombalayıb.
Hava zərbələri nəticəsində ölən və yaralananların ümumi sayı 400-ə çatıb.