İsrail ordusunun blokada altındakı Qəzza zolağının şimalında yerləşən Cibaliye Qaçqın Düşərgəsinə son 24 saat ərzində həyata keçirdiyi ikinci bombardmanda onlarla insanın öldüyü və yaralandığı bildirilib.
Fələstinin rəsmi agentliyi olan WAFA-nın xəbərinə görə, İsrail ordusu Cibaliye Qaçqın Düşərgəsində çox sayda insanın yaşadığı Fəllucə Məjəlləsini havadan bombalayıb. Hücum zamanı bölgədə binaların uçması nəticəsində onlarla insanın öldüyü və yaralandığı bildirilir.
İsrail ordusu dünən də Cibaliyə Qaçqın Düşərgəsini vurmuşdu. Qəzzada Səhiyyə Nazirliyi İsrail qüvvələrinin dünənki hücumunda ən azı 100 nəfərin öldüyünü açıqlayıb. İsrail ordusunun sözçüsü Daniel Haqari də hücumu onların həyata keçirdiklərini bildirib.
Eyni zamanda, İsrailin 1 gündə 2 dəfə həyata keçirdiyi bombardmanda 400 nəfərin həyatlarını itirdiklərinə dair söyləntilər var.
Nəzərinizə çatdıraq ki, Cibaliyə Qaçqın Düşərgəsinə dünən edilən ilk hava hücumundan öncə İsrail əsgərlərinin quru yolu ilə Qəzzaya girməyə çalışıb. Ancaq "İzzəddin Əl-Qəssam Briqadaları"-nın müdaxiləsi nəticəsində 9 İsrail əsgərinin öldürüldüyü və bundan sonra quru yolu ilə davam edə bilməyən İsrailin havadan hücumunun başladığı bildirilib.