Azərbaycan İdeyası

Lerik-Lənkəran meşələrində özbaşnalıq -VİDEO

Tarix:2-12-2023, 14:30
Baxış Sayı:3

 

Azərbaycan İdeyasına şikayət edən Lerik rayon sakinləri illərdir Lerik-Lənkəran meşələrinin talan olunmasından şikayətçi olduqlarını bildirirlər.

İddiaçılaların sözlərin görə Lerik rayonu Brkandul kənd sakini Hüseynov İltifat Sərhəng oğlu artıq 10 ildən çoxdur ki, Lerik-Lənkəran meşələrini sözün əsl mənasında məhv edir və topladığı taxta materiallarını satır. Sözü gedən şəxsin bəzi yüksək rütbəli məmurlarla əlbir olduğunu və ona mane olmağa çalışan kənd camaatını həbs etdirməklə təhtid etdiyini iddia edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, polis əməkdaşları, prokurorluq və məhkəmə əməkdaşlarına təhqirlər ünvanlayaraq, özündən əmin bir şəkildə

"Heç kim mənə heç nə edə bilməz! Mən heç kimdən qorxmuram, qorxsaydım 20 ildir meşədən ağac oğurlamazdım, hər gün tırla material satmazdım. Yaz səsimi apar ver söydüyüm adamlara. Gör onlardan kiminsə hünəri çatır mənə nəsə desin?!"

Hüseynov İltifatın heçkimdən qorxmadığını deyən iddiaçılar, audiomaterialın da Hüseynov İltifata aid olduğunu deyirlər.

Ekosistemin çətin dövrlərdə olduğu, son illərdə meşə yanğınlarının artdığı və oksigen ehtiyacımızdan daha çoxunu qarşılayan ağacların, ölkəmizin ağciyəri rolunu görən Lerik-Lənkəran meşələrinin bu cür qətl edilməsinin qarşısını aidiyyatı qurumların və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin alacağını ümid edirik.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO