⚠️Bakı–Quba avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib.
“Shacman” markalı yük avtomobili ilə AAYDA-ya məxsus “Mitsubishi” toqquşub. Qəza zamanı iş başında olan 1981-ci il təvəllüdlü Nəsib Tahirov iki yük maşınının arasında qalaraq ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.