Kürdəmirdə ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Hadisə gecə saatlarında, Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü kilometrliyində, rayonun Atakişili kəndindən keçən hissəsində baş verib.
"Mercedes" markalı avtomobilin sürücüsü Fariz Valeh oğlu Əmrahov Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə gələn Sənan Vüqar oğlu Kərimovun idarə etdiyi "VAZ2106" markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ2106" markalı avtomobildə olan sərnişinlər - Zamiq Vaqif oğlu Cəbrayılov və Hamlet Həbib oğlu İsmayılov hadisə yerində, "Mercedes" markalı avtomobilin sürücüsü Fariz Valeh oğlu Əmrahov isə xəstəxana dünyasını dəyişiblər.
Hadisə zamanı "VAZ2106" markalı avtomobilin sürücüsü Sənan Vüqar oğlu Kərimov və sərnişin Ariz Fariz oğlu Əmrahov müxtəlif dərəcəli, ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.