Rusiyada Telegram-da yayımlanan və Kremldən aldığı xəbərlə adından söz etdirən müxalif nəşr olan General SVR bazar günü axşam saatlarında Rusiya prezidenti Vladimir Putinin infarkt keçirdiyini iddia edib. İddialara görə, həkimlər Putinin dayanmış ürəyini cəld müdaxilə ilə yenidən işə salıblar və Rusiya lideri rezidansda tibbi avadanlıqların olduğu xüsusi otağa aparılıb.
Bu iddialar gündəmə bomba kimi düşərkən, Kremldən açıqlama gəldi. Kremlin sözçüsü Dmitri Peskov “Putinin infarkt keçirməsi ilə bağlı iddialar absurd yalandır”,deyib və Putinin yaxşı olduğunu və səhhətinin yerində olduğunu bildirib. Peskov Putinin dublyordan istifadə etməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini də vurğulayıb.