Azərbaycan İdeyası

TOVUZDA YANĞIN HADİSƏSİ BAŞ VERİB - VİDEO

Tarix:4-11-2023, 13:00
Baxış Sayı:9

 

Tovuzda soyuducu anbar ərazisində yanğın baş verib.

Anbarın həyətyanı sahəsində saxlanılan çiləmə üsulu üçün nəzərdə tutulan borular yanmağa başlayıb. Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Nəticədə alov söndürülüb, ətraf ərazilər yanğından mühafizə edilib.

Yanğın zamanı kömək üçün ərazidə olan sakinlərdən biri də yüngül xəsarət alıb. Şəxsə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Yanğının hansı səbəbdən baş verməsi aparılacaq araşdırmalardan sonra bəlli olacaq.


OXŞAR XƏBƏRLƏR
Anons 📢
Anons 📢
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər
Son Xəbər