Azərbaycan İdeyası

Azərbaycanlı milyarderlərin bazarı yandı: Rusiya - VİDEO

Tarix:1-12-2023, 19:00
Baxış Sayı:7

 

Rusiyanın paytaxtı Moskvada azərbaycanəsilli iş adamlarına məxsus “Sadovod” bazarında yanğın baş verib.

Hadisə barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğının 2-ci çətinlik səviyyəsində olduğu qiymətləndirilib və dərhal təxliyə işləri başlanılıb. Yanğın nəticəsində iki nəfərin xəsarət aldığı və xəsarət alan şəxslərə tibbi yardım göstərildiyi də məlumatda qeyd olunub. Eyni zamanda bazardan 350 nəfərin təxliyə olunduğu bildirilib.

Bazarda baş verən yanğın ilkin olaraq 150 kv metr ərazini əhatə etsə də daha sonra genişlənərək 600 kv metr ərazini əhatə edib.

Bildirilib ki, “Sadovod” bazarında baş verən yanğının söndürülməsi üçün “Kobra” yanğınsöndürmə sistemindən istifadə edilib ki, bu da qapalı məkanda baş verən yanğını konteynerlərin içərisinə girmədən dəlik vasitəsilə söndürməyə imkan verir.

Yanğınsöndürmə əməliyyatına 170-dən çox yanğınsöndürən və 48 texnika cəlb olunub. FHN yanğın nəticəsində itkilər barədə məlumat daxil olmadığını da açıqlayıb.

Rusiya FHN-in verdiyi məlumata əsasən yanğının saat 17.00-da söndürüldüyü bildirilib.

Qeyd edək ki, Moskva Dairəvi Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarı azərbaycanəsilli iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşşad” şirkətinə məxsusdur.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO