Haber Global komandası canlı yayımda İsrail təhlükəsizlik qüvvələri tərəfindən lazer silahı ilə hədələnib...
İsrail-Həmas müharibəsi başlayandan bəri bölgədə uğurla fəaliyyət göstərən "Haber Global" komandasından Mücahit Topçu, "Gece Ajansı"-nda bölgədəki son hadisələri izləyicilərə çatdırırdı...
Məscidül-Əqsa qarşısındaki Zeytundağı yaxınlığında yayım zamanı İsrail təhlükəsizlik qüvvələri yayımı dayandırmağa çalışıb.
7-8 nəfərdən ibarət İsrailli TİM əllərindəki tüfənglə Mücahit Topçunu hədəfə alıb... Topçu lazer işığı üzünə əks olunduğu üçün yayımını bitirməli olub.
Qeyd edək ki, müharibə başlayandan bəri mətbuat mənsubları İsrail təhlükəsizlik qüvvələrinin çoxlu maneələri ilə qarşılaşıblar.