Təhsilin dərdləri və ya Pedoqoji əxlaqın erroziyası, bunu ancaq belə ifadə edə bilərik.
Goranboy rayonunda I Qarabağ Müharibəsi şəhidi Ülfət Məhərrəmov adına Dəyirmanlar kənd məktəbində müəllim etikasına yaraşmayan hərəkətlər edən tarix müəllimi sözün əsl mənasında şəhid adı daşıyan bu məktəbin adına ləkədir. Hətta, şəhid adının belə hadisələrə, bu cür əxlaqsızlıqlara şahid olan məktəbə veriləcəyini bilsəydi, adının məktəbə verilməsini istəməzdi.
Bizə müraciət edən həmin məktəbin 9 və 11-ci siniflərində övladları oxuyan Samir Allahverdiyev bugün bizə bu mövzu ilə bağlı müsahibə verdi.
Müsahibəsində Samir Allahverdiyev, sözügedən məktəbin tarix müəllimi Azər Topçuyevin şagirdləri qəsdən sinifdə saxladığını bildirdi.
Şagirdlərə şiddət tətbiq edib, təhqir edən bu müəllim sadəcə bununla da kifayətlənmir, həmçinin məktəbin şagirdi olan bir qıza qeyri-etik davranışları olduğu da bildirilir.
Məsələni ümumi şəkildə ələ alsaq, demək olar ki Azər müəllim nəinki şagirdlərin, həmçinin valideynlərin, müəllimlərin və bütün kənd əhalisinin narahatçılığına, əsəb, stres keçirməklərinə səbəb olur.
Beləliklə Azər Topçuyev barəsində aidiyyatı orqanların, habelə Azərbaycan Prezidenti İlham Əliyevin, I vitse prezident Mehriban Əliyevanın, Baş Prokuror Kamran Əliyevin, Elm və Təhsil naziri Emin Əmrullayevin, Daxili İşlər Naziri Vilayət Eyvazovun, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynovanın bu məsələ ilə bağlı onlara köməklik göstərməklərini istəyirlər.