Azərbaycan İdeyası

Hava hücumundan müdafiə bölmələri S-300 “Favorit” zenit-raket kompleksləri ilə təlim keçirib - VİDEO

Tarix:16-08-2024, 15:30
Baxış Sayı:0

 

Cari ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.


Müdafiə Nazirliyindən "Aİ"-yə verilən məlumata görə, təlim zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanı döyüşə hazır vəziyyətə gətirərək mövqe rayonlarına marş edib, start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını yerinə yetiriblər.


Təlimdə vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqlar da müvəffəqiyyətlə icra edilib.


Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların nəzəri bilik və praktiki vərdişlərinin artırılması, həmçinin hava hücumundan müdafiə bölmələrinin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasıdır.


OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Həbsdə olduğu halda haqqında yalan xəbər paylaşıldı-VİDEO
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Laçında dörd hərbçimizin meyiti tapıldı - RƏSMİ - YENİLƏNİB
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Gəncədə yas mərasimində kütləvi zəhərlənmə - Yenilənib + VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
Nazirlik şikayət etdi, keçmiş idarə rəisi həbs olundu - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO
341 məmur cəzalandırılıb; 14-ü işdən çıxarılıb - VİDEO