Tərtərdə 24 yaşlı gənc minaya düşüb.
Hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. Xəsarət alan 24 yaşlı Əli Ağalarov Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun sağ ayağının pəncə hissəsinin travmatik amputasiyası həyata keçirilib. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir, müalicəsi xəstəxanada davam etdirilir.
Ərazinin minalı olmasından xəbərsiz olan Ağalarov bildirib ki, rayonun Borsunlu kəndi ərazisində örüş yerinin yaxınlığında fərdi təsərrüafatına aid heyvanlarını axtararkən minaya düşüb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb. Faktla bağlı araşdırmalar davam edir.
Xatırladaq ki, son bir ay ərzində Tərtər rayonunda bir neçə mina partlayışı hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.