Cinayət əməlini törədən şəxs zərərçəkmişlərlə qonşu olub.
Oktyabrın 28-də Sumqayıt şəhərinin Coratbağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 38 yaşlı Suzana Karakaş və onun atası 73 yaşlı Dağbəy Fərəcovun ölümü ilə nəticələnən qəzada 4 şəxs- qonşuluqda yaşayan və ərazidə xidmət göstərən sahə müvəkkili Etibar Sarıyev, atası Mehman Sarıyev, eyni zamanda Suzana Karakaşın həyat yoldaşı Serkan Karakaş və Dağbəyi Fərəcovun həyat yoldaşı Tərlan Fərəcova yaralanmışdılar.
Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlinin törətməkdə şüphəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb. İlkin məlumata görə, o, qətl hadisəsini tamah məqsədi ilə törədib.
Nəzərinizə çatdıraq ki, cinayət əməlini törədən şəxs zərərçəkmişlərlə qonşu olub.