Bakı-Sumqayıt yolunda Dövlət Yol Polisinə məxsus Saray postunun yaxınlığında ağır yol qəzası baş verib.
Paytaxt istiqamətində hərəkətdə olan “Ford Tranzit” markalı mikroavtobusun sürücüsü sükana nəzarəti itirib. Nəticədə mikroavtobus beton arakəsməyə çırpılıb. Hadisə nəticəsində altı nəfər yaralanıb. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, qəzada bir nəfər dünyasını dəyişib. İlkin ehtimala görə qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub. Araşdırmalar nəticəsində ağır qəzanı törədən şəxsin sürücülük vəsiqəsinin olmadığı müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır.